"Sevgilimin üzünə gülə-gülə ona xəyanət etmişəm" - Nüşabədən şok etiraf

"Sevgilimin üzünə gülə-gülə ona xəyanət etmişəm" - Nüşabədən şok etiraf
MAQAZİN
16:33 09.04.2025
1157
Müğənni Nüşabə Musayeva "Space TV"də "Tarixin bir günü” verilişində xəyanətlə bağlı suala hər kəsi təəccübləndirəcək cavab verib.

AZXEBER.COM xəbər verir ki, xəyanətə uğradığını etiraf edən müğənni, özünün də xəyanət etdiyini etiraf edib.
 
O, əməlindən peşman olmadığını deyib:

"Ruhum sakitləşsin deyə xəyanətə xəyanətlə cavab vermişəm, yaxşı da eləmişəm. Çox sevdiyim insan mənə bu xəyanəti elədi, mən də ona bu yolla cavab verdim. Üzünə gülə-gülə! Xəyanətə görə ayrıldıq, bir müddət sonra barışdıq. Mən də ona yanında ola-ola xəyanət etdim. Əlbəttə ki, bundan sonra yollarımız ayrıldı. Xəyanəti qəbullanmadığım üçün onun mənə geri dönüşü də mümkün deyildi. Başqa qadına toxunan kişi getsin öz həyatını yaşasın, mən onun üçün yoxam”.
 
Aysel

OXŞAR XƏBƏRLƏR