Sevgilinizi düzgün seçmisiniz? - 5 İŞARƏ

Sevgilinizi düzgün seçmisiniz? - 5 İŞARƏ
MARAQLI
01:02 11.08.2016
4124
Qarşınızdakı insana ürəklə “sevgilim” deyə bilmirsinizsə, deməli, münasibətləriniz siz istəyən deyil. Daha doğrusu, axtardığınız adam o deyil. Bunu anlamağın bir neçə yolu var. Aile.lent.az qarşınızdakının arzuladığınız insan olub-olmadığını anlamağınıza kömək edən 5 işarəni təqdim edir.1. Gərgin anlarında istəmədiyiniz birinə çevrilirsə"Birinin əsl üzünü onu əsəbiləşdirdikdə görmək olar" sözü əbəs yerə deyilməyib. Gərgin anlarda qarşınızdakının rəftarını yaxşı müşahidə edin. Misal üçün, yolda maşınla gedərkən təkər partlayır. Necə davranır? Stress və əsəblə qışqırıb bağırır, yoxsa sakitliyini qoruyub problemi həll etməyə çalışır? Əgər onunla olduqda hər hansı problemin yaranacağından qorxursunuzsa və “aman, heç bir bir problem olmasın, başımız ağrımasın", - deyirsinizsə, bu münasibəti davam etdirməsəniz yaxşıdır. Çünki münasibəti davam etdirdikcə başınızın daha çox ağrıyacağını unutmayın. Ondan qaçaraq uzaqlaşın.2. Onunla birlikdə olmaqdan sıxılıırsınızsaDeyə bilərsiniz ki, bir adamdan sıxılırıqsa, hər halda onunla nə işimiz var?! Söhbət 7/24 darıxmaqdan getmir. Onunla tək qaldığınız anlarda nə hiss etdiyiniz vacibdir. Davamlı olaraq dostlarınızın da sizinlə birlikdə olmasını istəyirsiniz? Onunla birlikdə olduqda əslində başqa bir yerdə olmağı arzulayırsınız? Əgər belədirsə, deməli, qarşınızdakı insan sizə görə biri deyil. Ona görə də bunu anlamaq üçün mütləq bir neçə dəfə ikiniz birlikdə uzun zaman keçirin. İkiniz bir yerdə olanda saatı sayırsınızsa, başqa yerdə olmaq istəyirsinizsə və ya bir an əvvəl evinizə dönmək istəyirsinizsə, GERİ QAYIDIN!3. Oxşar dəyərlərə sahib deyilsinizsəOxşar fikirlərə sahib olmaq məcburiyyətində deyilsiniz. Tamamilə zidd görüşlərdə belə olsanız, məntiqli müzakirələr edə bilirsinizsə, rahat bir şəkildə səhv başa düşülməkdən qorxmadan fikirlərinizi açıqlayırsınızsa, uşaq böyütmək mövzusunda düşüncələriniz oxşardırsa, dostlarınız mövzusunda eyni nöqtələrdə dayanırsınızsa, qarşınızdakı insan sizə uyğundur. Yox, əgər müzakirə etmək sevməkdən daha çətindirsə, onunla münasibəti olduğu yerdə saxlayın.4. Gülməkdən daha çox ağlayırsınızsaGözünüzün yaşı davamlı olaraq gözlərinizdəki sevincdən çoxdursa, o adam sizə uyğun biri deyil. Kiminlə gülürsünüzsə, kiminlə xoşbəxtsinizsə, kimin yanında özünüzü rahat hiss edirsinizsə, onunla birlikdə olun. Əks təqdirdə, daim gözlərdə yaşla həyat rahat olmaz. Həyatınızı elə insanla qurun ki, 70 yaşına çatdıqda gözlərinizin ətrafı ağlamaqdan deyil, gülməkdən qırışmış olsun.5. İnkişaf etmirsə və ya inkişafınıza dəstək olmursaSözsüz ki, heç kim mükəmməl deyil. O da mükəmməl deyil, siz də. Hamımız həyatımızda, işimizdə və münasibətlərimizdə bir çox səhvlər edirik. İndiki vəziyyətə gəlməyimizdə də səhvlərimiz, tənqidlər böyük rol oynayıb. Lakin onunla münasibətə başladığınız vaxtdan indiyədək özünü yaxşı istiqamətdə inkişaf etdirmirsə, ruhən, romantik, fiziki və maliyyə baxımından daha yaxşı olmaq meylində deyilsə, üstəlik, sizin özünüzü inkişaf etdirməniz mövzusunda da dəstək vermək əvəzinə mane olursa, daim sizə yüklənmiş kimi davranırsa, düzgün insanı seçməmisiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:52 20.08.2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
13:50 20.08.2025
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
13:27 20.08.2025
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
13:17 20.08.2025
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR