Ağdaşda 18 yaşlı qız sevdiyi oğlanla mübahisə etdiyi üçün intihara cəhd edib.
AZXEBER.COM Kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə aprelin 20-də baş verib. Belə ki, 2004-cü il təvəllüdlü qız zəhərlənmə diaqnozu ilə Ağdaş rayon mərkəzi xəstəxanasına müraciət edib.
İlkin araşdırma zamanı məlum olub ki, o əsəbiləşərək sirkə içib. Onun sevdiyi oğlanla mübahisə etdiyi üçün əsəbiləşdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.