Türkiyənin Samsun şəhərində çimərlikdə sevgilisi ilə mübahisə edən diş texniki Səlahəddin Yekta adlı şəxs tanımadığı 4 nəfərin hücumuna məruz qalıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, o, xəsarət aldıqdan sonra hücum edənlər hadisə yerindən uzaqlaşıb.
Gözündən xəsarət alan şəxs hadisə yerinə gələn tibb işçiləri tərəfindən özəl xəstəxanaya aparılıb. Yekta aldığı zərbə nəticəsində sol gözünün görmə qabiliyyətini itirib.
Faktla bağlı araşdırmalara başlanılıb, nəticədə iki nəfər saxlanılıb.
Aydın