Tailandın Pattaya şəhərində sevgilisi ilə tətildə olan 32 yaşlı Daria Luzifiak adlı rus qadın yaşadığı mənzilin 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, binanın təhlükəsizlik kamera görüntülərini araşdıran Tayland polisi gənc qadının binadan yıxılmadan əvvəl sevgilisi tərəfindən başı aşağı tutulduğunu aşkar edib.
Ölən qadının sevgilisi saxlanılarkən hadisənin qətl, yoxsa intihar olduğu araşdırılır.
Gənc qadının sevgilisinin onu xilas etməyə cəhd etməsi və ya qadının faciəvi ölümündə rol oynaması qeyri-müəyyən olsa da, saxlanılan Oeaop Nbahobny Fedorun aqressiv davranışı şübhə doğurub.
Mikayıl