Sevgilisi koreyalı aktrisanın intiharında günahlandırılır

Sevgilisi koreyalı aktrisanın intiharında günahlandırılır
MAQAZİN
11:47 01.04.2025
181
Cənubi Koreyanın məşhur aktyoru Kim Soo-hyun gənc yaşda intihar edən keçmiş sevgilisi Kim Sae-ron haqqında səsləndirilən şok iddialara mətbuat konfransı ilə cavab verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, aktyor, Kim Sae-ron ilə münasibət yaşadığını etiraf edib.
 
Aktyor, sevgilisinin intiharında bir roluniun olmadığını deyərkən göz yaşlarına hakim ola bilməyib:
 
"Düzdür, bizim münasibətimiz var idi. Amma onun azyaşlı olmaması ilə bağlı deyilənlər tamamilə yalandır. Münasibətimizi inkar etdiyimə görə təəssüflənirəm. Mən qorxaq idim. Hər şeyi itirməkdən qorxurdum".
 
Kim Sae-ronun ailəsi qızlarının intiharında aktyor Soo-hyun və agentliyini günahlandırsa da, aktyor ittihamları rədd edib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR