Kolqotka geyindiyi üçün sevgilisi tərəfindən vəhşicəsinə döyülən gənc qızın fəryadı sosial şəbəkədə geniş rezonans doğurub.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Başak Ermiş adlı qız sevgilisinin rol aldığı 'küçə uşaqları' serialının həbsxana səhnəsinin fotosunu paylaşaraq "Ümid edirəm səni belə görəcəyəm" deyib. Gənc qızın paylaşdığı videodan sonra sosial mediada bir-birinin ardınca sərt reaksiyalar gəlib.