Gələcək cütlüyün “Skype”da ilk danışığı 4,5 saat çəkib.
Böyük Britaniyanın 52 yaşlı sakini poçtalyon Pol Meyson (Paul Mason) ABŞ-dan olan xanımla tanış olduqdan sonra 305 kq arıqlayıb.
Meysonun 40 yaşlı Rebekka Mauntin ilə tanışlığı Facebook-da baş tutub. Keçmiş poçtalyon etiraf edib ki, öncədən onların arasında romantik münasibətlərin yaranacağını heç düşünməyib – qadın onun haqqında sənədli filmə baxdıqdan sonra ona sosial şəbəkədə yazıb. İlk olaraq Mauntin Meysona ev işlərinə görə yardım üçün adam tapmağa yardım etməyi düşünürdü.
Gələcək cütlüyün ilk danışığı “Skype”da 4,5 saat çəkib. Bundan sonra onların arasında yaranan dostluq münasibətləri getdikcə ciddiləşdi.
Meyson etiraf edib ki, sevgilisi ilə tanışlığa qədər çəkisi 445 kq idi və gündəlik olaraq 20 min kolori istifadə edirdi. Amma aşiq olandan sonra çəki atmaq qərarına gəlir.
Hal-hazırda Meyson ilə həyatda görüşməyən Mauntin, artıq Böyük Britaniyaya yola düşməyə hazırlaşır. “Mən ömrümüzün qalan hissəsini bərabər yaşamağa başlayacağımız anı səbirsizliklə gözləyirəm”, - kişi danışıb.
///Oxu.az





