Sevgilisini öldürdü, sonra intihar etdi - Azərbaycanda

Sevgilisini öldürdü, sonra intihar etdi - Azərbaycanda
SOSİAL
14:05 27.02.2018
1650
Xəbər verdiyimiz kimi, fevralın 25-də Daşkəsən rayonunun Əhmədli kənd sakini Mahizər Cəfərova evində münaqişə zəminində qeyri-rəsmi nikahda yaşadığı Gəncə şəhər sakini Qorxmaz Bağırov tərəfindən qətlə yetirilib.
 
Qətli törədən şəxs isə hadisə yerindən qaçıb və onun saxlanılması üçün tədbirlər görülürdü.
 
AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, məlum olub ki, fevralın 26-da Q.Bağırov Kəpəz rayonunun Məhsəti qəsəbəsindəki evinin həyətində özünü asıb.
 
Qeyd edək ki, 1982-ci il təvəllüdlü M. Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu orta məktəbin 9-cu sinfində oxuyur, qızı isə ailəlidir, bir övladı var.
OXŞAR XƏBƏRLƏR