xari

Sevgilisini öldürmək istəyən baş redaktor məhkəmə qarşısına çıxarılır

KRİMİNAL
11:00 03.04.2021
183
Şirvan rayonunda adam öldürməyə cəhddə təqsirləndirilən Mirhüseyn Nağıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə iclasına hakim Elxan Süleymanov sədrlik edəcək.

Qeyd edək ki, bu il yanvarın 4-ü saat 13 radələrində Şirvan şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xatırladaq ki, Mirhüseyn Nağıyev "Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.

OXŞAR XƏBƏRLƏR