Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı...

Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı...
DÜNYA
16:40 17.10.2017
1969
Antalyanın Manavgat qəsəbəsində 31 yaşlı sevgilisi Salim Sarıkayanı öldürdüyü iddiasıyla saxlanılan  34 yaşlı qırğız Aygül Nurbek Kyzy məhkəmədə danışıb. 

Mart ayında sevgilisi Salim Sarıkayanı öldürdüyü iddiasıyla həbs olunan Aygül Nurbek Kyzyın təqsirləndirildiyi prosesin ikinci mərhələsi baş tutub. Prosesdə Aygülün ilk ifadəsi alınıb.

Aygül Türkiyəyə 2015-ci ildə qırğızıstanlı bir tanışı vasitəsilə işləmək üçün gəldiyini, iş axtardığını, lakin uyğun bir iş tapmadığını deyib. Bu məqamda Sarıkaya ilə tanış olub mərhumla sevgili olduqlarını sözlərinə əlavə edib. Aygül Sarıkayayla tanışlığının ilk 4-5 ay çox yaxşı olduğunu, sonralar mərhumun əsasən də içki içdikdən sonra onu döyməyə başladığını, həm iş tapa bilmədiyi həm də gördüyü şiddət səbəbiylə Qırğızıstana dönmək istədiyini iddia edib. 

Bir axşam Sarıkayayla yenidən aralarında mübahisə düşdüyünü və mərhumun onu vurmağa başladığını Aygül bu sözlərlə izah edib:

"Boğazımdan tutdu və divara vurdu. Dəhlizə qaçdım. Dəhlizdə arxamca gələrək saçımdan tutub saxladı. Məni vururdu. Ondan sonrasını tam xatırlamıram. Özümə gələndə onun ayaqlarımın üstündə oturub məni vurmaqda davam etdiyi hiss etdim. O vaxt yenə özümdən getmişəm. Huşum özümə gələndə yerdə idim, stolda idim, tam xatırlamıram. Salim Sarıkayanı necə bıçaqladığımı xatırlamıram."

Məhkəmə prosesi təxirə salınıb.

///Milli.Az 
OXŞAR XƏBƏRLƏR