Sevgisi ondan ayrılmasın deyə intihara əl atdı

Sevgisi ondan ayrılmasın deyə intihara əl atdı
DÜNYA
15:11 09.08.2021
1260

Sevgilisi ilə mübahisə edən qadın intihara cəhd edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Fatih bölgəsində gecə 01:30 radələrində baş verib.


İddialara görə, sevgilisi ilə mübahisə edən qadın evinin qarşısındakı körpüyə gedərək qışqırmağa başlayıb. O, sevgilisinin ondan ayrılacağı təqdirdə özünü körpüdən atacağını bildirib. Tullanmaq istəyən qadının anası da körpüyə yaxınlaşaraq qızını qurtarmağa çalışıb. Ana və qızı xilasedicilərin səyi nəticəsində xilas edilib.


İntihara cəhd edən qadın hadisə yerinə gələn təcili tibbi yardım tərəfindən nəzarətə götürülüb.

OXŞAR XƏBƏRLƏR