Rusiyada gənc oğlan sevgisinə cavab verməyən qadının başını kəsərək cəsədini çamadana qoyaraq, meşəyə atıb.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində oynayan uşaqlar saytın yanındakı boş sahədə çamadan görüblər. Çamadana yaxınlaşan uşaqlar qanı görəndə böyük qorxu yaşayıblar. Uşaqların təşvişinə görə, sakinlər hadisəni polisə xəbər veriblər.
Məlum olub ki, kişi sevgisinə cavab verməyən qadını əvvəlcə döyüb, sonra isə bıçaqlayaraq öldürüb. Qadının başını kəsən kişi meyiti çamadana qoyub meşəyə atıb. Qadının cansız cəsədi oynayan uşaqlar tərəfindən tapılıb və qısa zamanda yaxalanan qatil həbs edilib.
Hadisə yerinə gələn polis qrupları çamadanda meyit olduğunu müəyyən edib və hadisə ilə bağlı araşdırma başlayıb.
Araşdırmalar nəticəsində çamadandakı cəsədin 39 yaşlı qadına aid olduğu müəyyən edilib.
Cəsədin çamadanda aparıldığı anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. 42 yaşlı qətl şübhəlisinin törətdiyi cinayəti etiraf etdikdən sonra məhkəmə tərəfindən həbsxanaya göndərildiyi açıqlanıb.
Ayşən Mirzəyeva