Sevil-Sevinc: “Elnarə günahkar olduğunu bildi"

Sevil-Sevinc: “Elnarə günahkar olduğunu bildi"
MAQAZİN
16:45 11.01.2018
3789
Müğənni Sevil Sevinc bacıları həmkarları Elnarə Xəlilovaya cavab verib.
 
AZXEBER.COM-a açıqlama verən bacılar Elnarənin günahkar olduğunu iddia ediblər: "Xəzər televiziyası şəxsi mülkümüz olmadığından istədiyimiz adama qadağa qoya bilmərik. Biz də aparıcı kimi borcumuzu yerinə yetirib, onunla bir səhnədə ola bilərik. O ki, qaldı müğənni əvvəl baykot və tənqid edib, sonra yenidən həmin aparıcının təqdimatında efirə çıxırsa, deməli böyük günah onun özündədir. Onun haqqda bu qədər danışmağımız bəsdir.”
 
Qeyd edək ki, "5/5” verilişində aparıcı Zaurun Sevil Sevincə banan yedizdirməsi müğənni Elnarə Xəlilovanı bərk qəzəbləndirib. Qəzəblənən Elnarə hətta sosial şəbəkə də hər kəsi verilişi baykot etməyə çağırıb. 
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR