Müğənni Sevil Sevinc bacıları yeni klipini təqdim ediblər.
AZXEBER.Com xəbər verir ki, əkizlərə klip təqdimatında gözlənilməz sürpriz olub. Belə ki, təqdimat zamanı Sevil Sevincə sevgililər günü münasibəti ilə gül çələngi göndərilib.
Onlar gülün kim tərəfindən göndərildiyini bilmədiklərini qeyd ediblər.
"Dərdin Nədir” adlanan mahnıya çəkilən klip xəyanətdən bəhs edir. Əkizlər kişinin xəyanətinə pis baxmadıqlarını da bildiriblər.
"Kişinin xəyanətinə pis baxmırıq. Əgər kişi xanımına xəyanət edirsə, aralarında hörmət varsa, bunu ailəsinə bildirməməlidirlər. Bəzi bəylər də var ki, onlar xəyanət etdiklərini dilə gətirib həyat yoldaşlarına acıq verirlər.”
Qeyd edək ki, mahnının sözləri və musiqisi Vasif Əzimova məxsusdur.





Nazim Qasımzadə