“Sevimli şou”dan uzaqlaşdırılan Mikayıl haradadır?

“Sevimli şou”dan uzaqlaşdırılan Mikayıl haradadır?
MAQAZİN
00:45 20.02.2016
2984

“Space” telekanalının aparıcısı Mikayıl Güləddinoğlu yeni verilişinin anonsu yayımlanmağa başlayıb.

AZXEBER.COM xəbər verir ki, axşam.az-a açıqlama verən aparıcı yeni işindən danışıb.

“Sevimli şou”dan uzaqlaşdırıldıqdan sonra efirdə görünməyən M.Güləddinoğlu yeni layihənin “prodakşn” tərəfindən hazırlandığını deyib.

“Verilişin tam olaraq nədən bəhs edəcəyini hələ ki, bilmirəm. Mənə ssenari gələn həftə təqdim olunacaq. Əgər bəyənsəm, davam edəcəyəm. Hələ ki, özüm yeni layihə haqqında düşünmürəm. Çünki bir az dincəlməyə ehtiyacım var. Mən təhsilimi televiziya işi üzrə almışam. Ona görə də bu sahədən getməyi düşünmürəm”.

M.Güləddinoğlu digər kanallardan təkliflər aldığını bildirib:

“Sevimli şou”dan ayrılandan sonra təkliflər gəldi. Diqqətlərinə görə hamısına təşəkkür edirəm. Amma “Space”dən getməyi düşünmürəm. Çünki mənə ilk dəfə qapısını açan telekanal məhz bura olub. “Space”də özümə qarşı aqressivlik görməmişəm”.

OXŞAR XƏBƏRLƏR