Sevin, sevilin

Sevin, sevilin
KÖŞƏ
15:55 30.06.2014
4757

Fidan AzərqızıSevdiyi olmayan onun necə bir hiss olduğunu ,sevdiyi olanlar da sevgilərinin dərəcələrini bilmək üçün hər zaman sevgi haqqında məlumat əldə etməyə çalışırlar.

Sevgi insanlara görə də fərqli mənalar daşıyır. Kiminə görə möhtəşəm bir həyəcan , kiminə görə zərurət , kiminə görə məntiqsizlik, kiminə görə xəstəlik , kiminə görə ehtiras , kiminə görə xəyalpərəstlik , kiminə görə hormonların gətirib çıxardığı kimyəvi bir reaksiyadır sevgi. Yeri gəlmişkən onu vurğulayım psixoloji cəhətdən sevgini ən çox inkar edənlər ən çox ona sahib olmaq istəyənlərdir.

Sevgi insanlarda hormonal olaraq dəyişikliklər etməklə yanaşı onların davranışında ,ətrafdakı insanlara münasibətində də də özünü təzahür edir . Sevən insanlar hər kəslə xoş münasibət qurar,işləməkdən zövq alar ,bir sözlə ətrafa müsbət enerji saçar .

Amma insanlar əksər zaman düzgün sevə bilmirlər, yaxud sevgi sandıqları hisslər əslində sevgi deyildir .Gündəlik olaraq rastlaşdığımız sevgili olan cütlüklərdə sevginin bəxş etdiyi gözəl hisslərdən uzaq olduqlarını görürük.Amma bu insanlar bir sevgini bölə bilməsələr də ayrılmırlar. İki tərəfdə xoşbəxt deyillər amma birlikdədirlər.Bu insanlar arasında sevgi deyil sadəcə bağlılıqdır. Bu münasibətlər əksər hallarda xaraktercə daha fərqli insanlar arasında yaşananda baş verir.

Sevgisinin başlanğıcda daha çox oldugunu sonra isə azalmağa başladığını deyənlər də az deyil ,hətta daha çoxdurlar. Şərq insanları sevdikləri zaman daha çox sahiblənmək duyğusu yaşayarlar. Sevginin ömrünü qisaldan əsas faktorlardan biri budur. ”Mənim sevgilim bütün gününü mənə sərf etməlidir, dostlari ilə görüşməməlidir , bütün günü hara getdiyi ,nı etdiyi haqqında məlumat verməlidir yazdığım mesajlara gec cavab verməməlidir”. Və bir müddət keçir hər iki tərəfin sosial həyatdan təcrid olunmağlarına və sevginin sürətli olaraq azalmasına gətirib çıxarır. Və evlilik zamanı isə tez bir zamanda yox olur.

Müxtəlif araşdırmalarda evlilikdən sonra sevginin ən çox 3 il davam etdiyi bildirilir. Bu fikrin yaranmasının səbəbi serotonin hormonun artması və azalması vaxtları arasındakı,maksimum zaman nəzərdə tutulur.Bu müddət əksər vaxt münasibətlərin gələcək taleyini həll edir.Bu müddətdəki enerjini düzgün istiqamətləndirsəniz münasibətləriniz daha sağlam və uzun müddətli olar .Bu enerji yalnış yerlərə sərf edilərsə deyildiyi kimi maksimum olaraq 3 il sonra bitər .

Edilən ən böyün səhvlərdən biri də sevgini yarışa bənzətməkdir. Ən doğrusu aşiq olan cütlər arasındakı tarazlıqdır. Münasibətlərin yarışa , rəqabətə çevrilməməsi vacibdir. Çünki sevgi duyğusu içində qətiliklə rəqabət duyğusuna yer yoxdur. Sevgi yenidən doğuşdur , öz varlığını var etmə duyğusudur.

Evlilikdən sonra, yaxud da münasibətlərin irəlləyən zamanlarında , cütlüklərinən çox giley etdikləri nüanslardan biridə “mən onu sevəndə ilk zaman belə deyildi”demələridir. Bunun səbəbi əksər hallarda qarşı tərəf deyildir.İnsanlar illər boyu fikirlərində bir insan modeli yaradar ,bu sanki bir içi boş bir paltara bənzəyir sevən zaman bu paltarı həmin insana düşüncə olaraq geyindirməyə çalışarlar .Ona uyğun olub ,olmadığınını keçirdiyi həyacandan ,təlaşdan anlamazlar amma vaxt keçdikcə nələrinsə düzgün getmədiyini görüb qarşı tərəfin dəyişdiyini düşünər. Onun üçün bu səhvlərə sevginin həyacanına qapılıb yol verməmək daha məqsədə uyğundur.

Sevgi daha gözəl hisslər yaradır insanda ,bu duyğuları sizdə yaratmayan insanlardan uzaq durun. Dəfələrcə sevə bilsək də, həyatı bir dəfə yaşamaq şansımız var .Yaşadığınız həyatı qiymətləndirin, gözəl olan sevgilərlə.

OXŞAR XƏBƏRLƏR