Gənc müğənni Sevinc Ağaşirinova bir neçə gün öncə qəza törədib.“Avtomobilini park edərkən arxasını divara vuran müğənni bunu son zamanlar fikirli olması ilə izah edib.
Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin arxa buferi tamamilə sınıb. Maşınını təmirə aparan Sevinc bu haqda deyib: “Tədbirlərin birindən çıxırdım, fikirli idim. Bilmədən avtomobili sürətlə arxaya sürəndə, arxa buferi vurdum. Hadisədən özüm də qorxdum, ancaq hər şey qaydasındadır. Tez təmirə apardım, indi bufer bərpa olunur”.//a24.az


