Sevinc Ağaşirinova: ‘Özüm kimisi yoxdur’ – LAYİHƏ - FOTOLAR

MAQAZİN
16:55 25.12.2014
9923

AZXEBER.COM-un “İşdən kənar” layihəsinin bu dəfə gənc və sevilən müğənni Sevinc Ağaşirinovanı sorğu-sual etdik. Müsahibimiz maraqlı fikirləri ilə diqqət çəkdi. Müsahibəni təqdim edirik. - Sevinc Ağaşirinova şou-biznesdə olduğu pillədən razıdırmı? - Bu günə qədər etdiklərimə görə, heç də pis bir pillədə deyiləm. Amma yenə də çalışıram və daha yüksəklərdə olmağa hədəfliyəm. Bu istəyimə də çatacağıma inanıram. - Mahnılarınızın o qədər də sevilməməsi ilə razısınızmı? - İndi elə ulduz müğənnilər var ki, heç onların mahnıları o qədər də sevilmir. Buna da səbəb, sənətçilərimizin kütləyə onların istədiklərini deyil, öz istədiklərini verməsidir. Auditoriyanın bir çox hissəsi bizdən bayağı mahnılar istəyir. Ancaq biz səviyyəmizi qorumağa çalışırıq deyə, bu cür mahnılar ifa etmirik. - Oxuduğunuz mahnılara görə, pərəstişkar qazana bilmisinizmi? - Mən öz istədiyimi dinləyicilərə verirəm. Pərəstişkarlarım var. Hələ ki, gənc olduğuma görə, bu kütlə o qədər də çox deyil. Ancaq mənə yetər. Kim gəlirsə, mənim arxamca gəlsin. Gözləyirəm (gülür). - Şou-biznesimizdə kimlərin ifasını bəyənirsiniz? - Röya, Sevil-Sevinc, Günay İbrahimli və Gülay Qədirova. Bu insanların ifasını çox bəyənirəm. - Sizcə şou-biznesdə kimlər olmamalıdır? - Bunu mən deyə bilmərəm. Özləri bilirlər. Sayları o qədər də çox deyil. Ama var. - Nə üçün duet oxumursunuz? - Çünki mənə uyğun müğənni yoxdur. Mən səhnəyə çıxdıqda oranı dağıtmaq istəyirəm. Əyləncəli, pozitiv olmaq istəyirəm. Və özüm kimi olanını hələ ki, görmürəm. Ona görə də duet yoxdur (gülür). - Sizə “diva” deyilməsi ilə razısınızmı? - Xeyr. Bu ad xalq artistimiz Aygün Kazımovaya məxsusdur. Mən bu adı qəbul edə bilmərəm. Zaman gələr, mənim də bu cür adım olar inşaallah. Ancaq hal-hazırda adsızam (gülür). - Sənətinizi nə üçün xarici ölkələrdən birində davam etdirmirsiniz? - Bu o qədər də asan bir iş deyil. Kənardan baxıldıqda çox sadə görünə bilər. Ancaq çətindir. Mən “maliyyə problemdir” deyən sənətçilərimizi də başa düşmürəm. Şou-biznesdə bəlkə də ən az pulu olan müğənni mənəm. Ancaq çox iş görürəm. Sadəcə, çalışmaq lazımdır. Allah qiymətləndirəcək bunu. - Həmkarlarınızdan kimlərlə küsülüsünüz? - Heç kəslə. Tam səmimi deyirəm. Kimsəylə münasibətim pis deyil. - Heç bir qalmaqalda adınız çəkilmir. Nə yaxşı? - Qalmaqal etməyə nə var ki? Sadəcə, istəmirəm. Bununla gündəmdə qalmaqdansa, sənətdən uzaq durmaq daha yaxşıdır. İşini otraya qoymalısan. Düzdür, mənim də sözüm düz gəlməyən insanlar var. Ancaq hələ ki, susuram. Partlasam, Allah göstərməsin (gülür). - Sevinc Ağaşirinova “İşdən kənar” nə ilə məşğuldur? - İlk olaraq onu bildirim ki, sənətimdən başqa gəlir yerim, hansısa bir biznesim yoxdur. Bununla yanaşı, vokal dərsləri alıram. İdmanla məşğul oluram və bir də qo-qo rəqsi öyrənirəm. - Sevinc Ağaşirinovanın xobbisi varmı? Asudə vaxtlarını necə dəyərləndirir? - “İnstagram”da oturmaq. Xobbim yoxdur belə. Asudə vaxtlarımı da köməkçim Elvinlə birlikdə çay içirik. Ancaq çay (gülür). - “Müğənnilikdən başqa hansı işi bacarardınız” deyə düşünmüsünüz? - Polis olmaq istəmişəm. Ciddi bir insan. Ancaq düşünürəm ki, bu sənətdə olmasaydım ölərdim. - Pərəstişkarlarınız bu andan etibarən sizdən nə kimi yeniliklər gözləsin?

Yaxınlarda Türkiyəyə gedirəm. Sözləri Samir Quliyev, musiqisi isə Əhməd Mustafayevə aid olan “Buyur yanımda əyləş” adlı mahnıma klip çəkdirəcəm. Qardaş ölkənin televiziyalarındakı bir neçə proqramda da qonaq olacağam.

Ozal İbrahimliFoto Hüseyn Mehdiyev         Söhrab Asadov

OXŞAR XƏBƏRLƏR