Sevinc Fətəliyeva: Koronavirusla mübarizədə ictimaiyyətin dövlətə dəstək verməsi vətəndaşlıq borcumuzdur

Sevinc Fətəliyeva: Koronavirusla mübarizədə ictimaiyyətin dövlətə dəstək verməsi vətəndaşlıq borcumuzdur
SOSİAL
21:52 25.06.2020
981

"Bu gün yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin parlaq ifadəsidir. Dövlət tərəfindən görülən bütün tədbirlər şübhəsiz ki, xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Məlum olduğu kimi, iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər. Açılış zamanı bir qrup tibb işçisi ilə görüşündə dövlətimizin başçısının çıxışı Azərbaycanda koronovirus pandemiyası ilə mübarizədə dövlətin gördüyü işlər və başlıca hədəf olaraq Azərbaycan vətəndaşının sağlamlığının əsas götürülməsi və bu istiqamətdə dövlətin bütün gücünün, eyni zamanda bütün potensialının səfərbər olunması ilə bağlı məqamlar idi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident  bir daha bu məsələyə toxundu ki, Azərbaycanda görülən işlər, dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlər yalnız ona ünvanlanıb ki, Azərbaycan vətəndaşları pandemiyadan zərər çəkməsin və minimum insan itkisi ilə çıxa bilsin. S.Fətəliyeva bildirib ki, koronavirus infeksiyası ilə mübarizə tədbirləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir.

"Pandemiyanın Azərbaycanda təsirləri hiss olunan dövrdən başlayaraq bu istiqamətdə görülən işlərə dövlətin münasibəti dəyişməzdir. Münasibət isə ondan ibarətdir ki, bütün iqtisadi və digər itkilərə baxmayaraq əsas ölkə vətəndaşlarımızın sağlamlığı qorunsun və təmin olunsun. Əlbəttə ki, bu istiqamətdə də ardıcıl və sistemli şəkildə işlər görülür”-deyən S.Fətəliyeva qeyd edib ki, hər bir vətəndaş cənab Prezidentin tövsiyələrinə əməl etməlidir.

"Eyni zamanda, dövlət başçısı çıxışında koronavirusla bağlı ölkədə yaranmış vəziyyətə aydınlıq gətirdi və həkimlərimizin fədakarlığını xüsusi vurğuladı. Cənab Prezident qeyd etdi ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Çünki biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Dövlətimizin başçısı söylədi ki, yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Belə olan situasiyada isə hər bir insanımızın, hər bir vətəndaşımızın üzərinə tam bir məsuliyyət düşür və onun reallaşdırılması üçün həmrəylik faktoru ən ümdə amil olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bizlər bütün tələblərə və şərtlərtə əməl etməliyik, tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməliyik. Ən əsası hər bir məsələdə bizlərə nümunə və örnək olan dövlət başçımızdan və birinci xanımdan nümunə götürməlyik. Koronavirusla mübarizədə bizim başlıca şüarımız "Biz birlikdə güclüyük” ifadəsidir. Şübhəsiz ki, biz birikdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, milli həmrəyliyimizlə koronavirus pandemiyasına qalib gəlmək əzmindəyik. Bunun üçün isə, ilk növbədə məsuliyyətli olmalıyıq. Bu istiqamətdə ictimaiyyət dövlətə güclü dəstək verməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur”-deyə, S.Fətəliyeva vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"