"Kaş ki, Paşinyan bizim prezidentimiz olaydı".
Bu fikirləri hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı "Osmanqızı TV"- də səsləndirib.
Bu hansısa erməni telekanalından görüntü deyil. Bu azərbaycanlı Sevinc Osmanqızının aparıcısı olduğu verilişdən fraqmentdir. Osmanqızı "Kaş bizim Prezident Paşinyan olardı" sözünə o qədər xoşbəxt reaksiya verir ki, sanki özünü Ermənistanda hiss edir. Belə olan təqdirdə bu adama necə inanmaq olar?
Qeyd edək ki, Osmanqızı şəhid qızıdır, atasını ermənilər öldürüb. Bəs görəsən onda erməni Paşinyana bu qədər sevgi hardan yaranıb? Və bu sevgini kim yaradıb? Şərhi oxuculara buraxırıq.