Sevinc Tofiqqızı “Polad Həşimov adına qızıl medal”a layiq görüldü - FOTO

Sevinc Tofiqqızı “Polad Həşimov adına qızıl medal”a layiq görüldü - FOTO
SOSİAL
12:40 18.02.2024
1524
"Azərbaycan -Ukrayna" Beynəlxalq Alyansının idarə heyətinin qərarı ilə tanınmış bəstəkar Sevinc Tofiqqızına
 Alyansın sədri Elmar Məmmədov tərəfindən "Polad Həşimov" adına qızıl medalı təqdim edilib.

AZXEBER.COM xəbər verir ki, bəstəkar Azərbaycan incəsənət sahəsində  göstərdiyi yüksək xidmətlərinə görə mükafatlanıb.

Tədbirdə General Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib və bəstəkara gələcək fəaliyyətində uğurlar arzulayıb.

"Azərbaycan- Ukrayna" alyansının sədri Elmar Məmmədov bəstəkar Sevinc Tofiqqızına şəxsi həyatında və fəaliyyətində uğurlar arzulayıb.

Bəstəkar Sevinc Tofiqqızı "Azərbaycan - Ukrayna" alyansının  idarə heyətinə öz adından təşəkkürünü bildirib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR