Sevinc Ağasıyeva adını dəyişdi - FOTOLAR

Sevinc Ağasıyeva adını dəyişdi - FOTOLAR
MAQAZİN
14:18 17.07.2019
6734
Tanınmış bəstəkar və müğənni Sevinc Ağasıyeva yeni fotosessiyasını təqdim edib.
 
O AZXEBER.COM-a açıqlamasında deyib ki, fotolar yeni mahnısı üçün nəzərdə tutulub: "Yeni mahnım "De görüm" adlanır. Mahnının sözləri və bəstəsi mənə məxsusdur. Aranjmana görə Fidan Alivaya, mix-masterinqə görə isə Oleq Naumova təşəkkür edirəm".
 
Sevinc Ağasıyeva səhnə adının SİVVA olduğunu da deyib: "Sivva mənim uşaqlıq adımdır. Bu səbəbdən də səhnə adımın belə olmasına qərar verdim". 
 
O fotosessiyanı Yellow Studio-da edib, saç və make-up isə Aytən Hüseynzadəyə məxsusdur. 
 
Layihənin direktoru Ruslan Zeynaldır. 
 
Qeyd edək ki, "De görüm" adlı mahnısı ASAN Radio - 100 FM-də eksklüziv olaraq yayımlanır. 
 
Sivva-nın fotolarını təqdim edirik:
 









OXŞAR XƏBƏRLƏR