“Şəxsi həyata və ailə üzvlərinə yönələn hücumlar planlı informasiya təsiri aləti bağışlayır” - Deputat

“Şəxsi həyata və ailə üzvlərinə yönələn hücumlar planlı informasiya təsiri aləti bağışlayır” - Deputat
SİYASƏT
16:08 27.01.2026
919
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvlərinə qarşı aparılan sistemli informasiya hücumları müəyyən dairələrin maraqlarına xidmət edir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib. 

O bildirib ki, bu cür hücumlar təsadüfi deyil:

"Bu cür hücumların böyük hissəsi təsadüfi və ya yalnız fərdi təşəbbüs nəticəsi deyil. Bu dairələr və onların qaynaqları həm ölkə daxilində, həm də xaricdə mövcuddur. Məqsəd adətən ictimai rəyi çaşdırmaq, dövlət institutlarına inamı zəiflətmək və siyasi sabitliyə xələl gətirməkdir. Xüsusilə regionda geosiyasi proseslərin mürəkkəbləşdiyi bir dövrdə bu cür kampaniyaların artması da təsadüfi görünmür”.

Parlamentari qeyd edib ki, şəxsi həyata və ailə üzvlərinə yönələn hücumlar planlı informasiya təsiri aləti bağışlayır:

"Cəmiyyətdə tənqid və fikir müxtəlifliyi normaldır, amma şəxsi həyata və ailə üzvlərinə yönələn hücumlar artıq siyasi müzakirə çərçivəsindən çıxır və daha çox planlı informasiya təsiri aləti bağışlayır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR