Şəxsiyyət kimi formalaşmaq üçün nə edək? - Psixoloq Büşra Kaya

Şəxsiyyət kimi formalaşmaq üçün nə edək? -  Psixoloq Büşra Kaya
SOSİAL
16:22 05.12.2018
6166
Bir filosof  " İnsanı böyütdüyünüzdə bir dünya, dünyanı kiçiltdiyinizdə isə kiçik bir insan olar” deyir. İnsanı həyatın başladığı nöqtə kimi qəbul edə bilərik. Körpə adlandırdığımız bu kiçik insan biz nə qədər fərqində olmasaqda özünə məxsus xüsusiyyətləri ilə dünyaya gəlir. Bəziləri eqoist, bəziləri bədxərc, bəziləri duyğusal, bəziləri isə laqeyd olmaqla özlərinə xas bir dünya daşıyırlar. Məhz burada valideyn modeli və ya rəhbər valideynlik  funksiyaları başlamalıdır.

Uşaq hər şeydən əvvəl insandır. Bunu diqqətə alaraq uşaq yerinə kiçik insan adlandırmağa üstünlük verəcəm. Dünyaya gələn kiçik insanların öz ehtiyaclarını ödəməsi üçün birinin köməyinə və lazımı bacarıqlarının  inkişaf etdirilməsi üçün isə zamana ehtiyacları vardır. O dünyaya yavaş-yavaş öyrəşərkən, onun bu zamanına biz hakim deyil  məhz rəhbər olaraq yanaşmalıyıq. Rəhbər bir valideyn olaraq ona (daha ilk hərəkətlərinidə nəzərdə tuturam) yol göstərməli, ürəkləndirməli və bir addım geridə nəzarət edib ilk təcrübəsini həyata keçirərkən zərər görməsi yada motivasiyasının düşdüyü zaman  ona kömək etməli, əgər hər şey yolundadırsa, sadəcə izləmək üçün bir addım geridə durmalı və nəticədə balanslı və şişirtmədən tərif yada dəyərləndirmə etməlidir .

Kiçik insanın xidmətinə həsr olunan valideyn ( rəhbər deyil ) insanlıq modelinə mənfi təsir edəcək. Çünki insanın həyatda rolları vardır. Fərdi olaraq özü olmaq bunların təməlidir. İnsan fərdi olaraq məna qazandığında başqa rollara məna qata bilər. Və rəhbərin ən önəmli tələbi insanlıq təffəkkürünə sahib olmaqdır. Ana yada ata olaraq rəhbər anlayışı olmayan valideynlik kiçik insana şans deyil yükdür.
Uğur əldə etməyə çalışdığı müddətdə ən çox zaman keçirdiyi və ünsiyyət qurduğu insandan yəni özünü başqasının gözündən və duyğusal mənada məsuliyyətinə cavabsız qalmış nümunədən necə qazanc əldə edəcək?

Kiçik insana bu dünyanın mərkəzi olmadığını və dünyada sadəcə özünün yaşamadığını hiss etdirmək üçün mühüt yaratmaq lazımdır. Başqa bir nəticəyə də  toxunmaq istəyirəm. Rəhbər əvəzinə onun rolunu üstünə yapışdırmış bir valideyn görmək kiçik insana bu mesajı verir: olması lazım olan bir rolun içində varlığı, məqsədi axtarmaq və tapmaq.Və insan olaraq özünün var olma məqsədini və mənasını axtararkən o, bir rolun içində tapacaqdır. Özünü ata, ana, həkim, hakim, təşkilatçı rolunda axtaracaqdır. O, əvvəlcə fərdi şəxsiyyət kimi formalaşmağının lazım olduğunu bilməyəcəkdir. Və seçilmiş rolunda müvəffəqiyyət  olmadığında problemin həllini tapmaq çətin olacaqdır.

Ailə qurmuş və övlad sahibi olmuş insanların xüsusi ilə bacarıqlı olması, öz fərdiliyinə, həyat yoldaşına və övladları ilə münasibətlərinə maraq göstərməsi və onu balanslaşdırmağa çalışması çox vacibdır. Və bununla rəhbər həm  fərdi insan, həm həyat yoldaşı, həm valideyn, həmdə ictimai məsuliyyəti olan bir rol model təqdim etmiş olacaq. Rəhbərcə yanaşma budur.
OXŞAR XƏBƏRLƏR