"Mənə bir milyon manat gətirib versələr, desələr ki, bu müğənnini yalandan təriflə, mən bunu etmərəm!"
AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar artist Elnarə Abdullayeva "Rəngarəng" verilişində bildirib:
"Mənim danışıgımda ya "hə" var, ya da "yox". Əgər o müğənni tərifə layiqdirsə, mən kişi qızı kimi onu tərif edərəm. Deyilsə, mənə bir milyon da gətirib versələr ki, onu tərifləyim, mən bunu eləmərəm. Çünki şəxsiyyəti, mənəviyyatı, insaniyyəti pula satmazlar. Sözünü pula görə dəyişdirən kişinin də, qadının da insanlıqdan payı olmaz. Kişinin sözü bir olar. Mənim də pula ehtiyacım ola bilər. Amma mən gedərəm evimi sataram, işimi görərəm. Kimdənsə pul alıb onu tərifləmərəm" deyə, Əməkdar artist sözlərinə əlavə edib.
Aysel