Müdafiə Nazirliyindən partlayış səsləri ilə bağlı XƏBƏRDARLIQ

Müdafiə Nazirliyindən partlayış səsləri ilə bağlı XƏBƏRDARLIQ
SOSİAL
17:46 25.04.2022
538

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 26.04.2022-ci il tarixdən 30.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək: "Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək".

OXŞAR XƏBƏRLƏR