Acun Ilıcalı ilə evliliyindən sonra sevgi həyatı ilə sosial mediada tanınan və fenomenə çevrilən Şeyma Subaşı yeni sevgilisindən ayrılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Subaşı braziliyalı sevgilisi Marlon Teyşeyrla ayrılıq qərarı alıb.
Xatırladaq ki, Şeyma daha öncə Marlonu həyatının eşqi adlandırmışdı.
O, "Həyatımda ömrümün sonuna qədər bağlı qalacağım biri var. Hazırda evlilik düşünmürəm. Ruhum o insanla evlidir. Yeni sevgi məni daha çox sevindirir. Özümü onda görürəm, ona baxanda özümə baxan kimi hiss edirəm" deyə bildirmişdi.
Aysel