“Seymur Həzi və Asif Yusiflinin azadlığa çıxmalarına çox az qalıb”

“Seymur Həzi və Asif Yusiflinin azadlığa çıxmalarına çox az qalıb”
SOSİAL
11:10 19.03.2019
2536
Martın 16-da prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı cəmiyyətdə çox yüksək qarşılanıb. Əfv edilənlərin sırasında 50-dən çox siyasi fəalın da yer alması xüsusi rəğbətlə qarşılanıb. Bu, cəmiyyət-iqtidar münasibətlərinin möhkəmlənməsində mühüm addım hesab olunur.

Həmçinin həbsdə qalan bir neçə siyasi fəalın - Seymur Həzi, Asif Yusifli, İslam Partiyasının keçmiş sədri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov və digərlərinin də qarşıdakı müddətdə azadlığa buraxılması arzu edilir.

Vurğulanır ki, hökumət tərəfindən cəmiyyətə yönəlik siyasi açılımların fonunda həmin şəxslər də qarşıdakı aylarda azad edilə bilər.

Praktikada olmasa da, bu ilin sonuna qədər daha bir əfv sərəncamının imzalana biləcəyi barədə xəbərlər dolaşır.

AZXEBER.COM xəbər verir ki, "Yeni Müsavat”a danışan hüquq müdafiəçisi, İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı dedi ki, Azərbaycanda islahatların gedişi göz qabağındadır: "Bunu danmaq insafsızlıq olardı. Bu ilin əvvəlindən başlayaraq prezident tərəfindən atılan müsbət addımların şahidi olmaqdayıq. Son addım isə ən möhtəşəmi oldu. Bizim təqdim etdiyimiz siyahıdakı 55 nəfər də azadlığa buraxıldı. Onu da qeyd edim ki, siyahımızdakı beş nəfər yanvar və fevral aylarında ya cəzaları bitib azad olunublar, ya da vaxtından əvvəl şərti olaraq azadlığa çıxıblar. Ümumilikdə götürsək 60 nəfərin azad olunması ilə siyahımız qapandı. Seymur Həzi və Asif Yusiflinin azadlığa çıxmalarına çox az müddət qalıb. Düşünürəm ki, onlar qısa zamanda azadlığa buraxılacaqlar. Ümidlənməyimizə əsas var. Bilirsiniz ki, 2017-ci ildə prezident tərəfindən ədliyyə sahəsində humanistləşdirilmə ilə bağlı sərəncam verildi. O sərəncamdan keçən iki il ərzində məhkəmə yolu ilə çoxsaylı insan azad olunub. Bu iki şəxs haqqında da məhkəmə yolu ilə azadlığa buraxılma qərarı verilə bilər. Həbsdə qalan digər siyasilərin bu il azadlığa buraxılacağına ümid edirəm. Belə fikirlər səslənir ki, may ayında yenidən əfv sərəncamı veriləcək. Açığı, bunun baş verəcəyini düşünmürəm. Çünki iki ay ərzində yenidən əfv vermək halı bu günə qədər baş verməyib. Amma bilirsiniz ki, əfv sərəncamı vermək cənab prezidentin səlahiyyətidir. Üzümüzə gələn bayramlar ərəfəsində əfv gözləmək olar. Siyasi məhbuslarla bağlı beynəlxalq təşkilatlar Azərbaycana yönəlik təzyiqlər edirdilər. İndi bu əfv həmin qurumlar tərəfindən müsbət qiymətləndirilib. Bu da elə-belə olmadı. Biz bir daha beynəlxalq aləmə göstərdik ki, əgər hər hansı bir problemimiz varsa, biz onu həll edə bilərik. Əminliklə deyirəm ki, bu sərəncam dövlət strukturları, prezidentlə vətəndaş cəmiyyəti arasında aparılan danışıqlar nəticəsində imzalandı. Bununla bağlı cənab prezidentə bir daha təşəkkür edirik. 400-dən çox insan əziz bayramı evində keçirəcək. Bizləri ən çox sevindirən odur ki, işimizə qiymət verildi”.

Hüquq müdafiəçisi yeni bir əfvə ehtiyacın olub-olmadığı yönündə sualımıza bu cür cavab verdi: "Ölkə başçısı tərəfindən ötənlərdə Yeni il, Qurban bayramı, Novruzda əfv sərəncamları imzalanıb. Bu il yeni bir əfv verilə də bilər. Həbsxana heç vaxt yaxşı yer olmayıb. İnsanın azadlıq hüququnu əlindən alır. Buna kiminsə ağız büzməsi, əleyhinə fikirlər səsləndirməsi dözülməz bir haldır. Hüquq müdafiəçiləri olaraq məhbusun siyasi olub-olmadığı bizi o qədər də maraqlandırmır. İndi azad olunanlar arasında elələri var ki, ağır xəstədir, övladları yollarını gözləyirdi. Onların azadlığa buraxılmaları ən böyük sevinc deyilmi? Azad edilənlər arasında qadınların olmasına necə sevinməmək olar? Gözəl Bayramlı üçün çox sevindik. Yeganə siyasi məhbus qadın idi ki, həbsxana həyatı yaşayırdı. Əfv etmək Allah tərəfindən verilən yüksək bir hissdir. Onu hər adam bacara bilməz, hər adama da bu şamil edilməz. Prezidentimiz bu hissə qadir bir insandır. Əgər cənab prezident belə bir əfv verdisə, bu o deməkdir ki, digər məhbusların azad edilməsi davamlı olacaq. Biz artıq siyasi məhbus problemindən birdəfəlik azad olub, xalq olaraq Qarabağ probleminin həlli üçün ayağa qalxmalıyıq. Bunun vaxtı çoxdan çatıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
10:24 13.07.2026
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
10:19 13.07.2026
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
Pensiyalar nə vaxt veriləcək?
10:14 13.07.2026
Pensiyalar nə vaxt veriləcək?
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
10:09 13.07.2026
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
10:07 13.07.2026
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
10:06 13.07.2026
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
10:04 13.07.2026
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
10:03 13.07.2026
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
10:01 13.07.2026
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
09:59 13.07.2026
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
09:50 13.07.2026
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
09:48 13.07.2026
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
09:46 13.07.2026
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
09:41 13.07.2026
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
09:40 13.07.2026
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb
09:32 13.07.2026
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb