Seymur Orucov: “Ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır”

GƏNCLİK
10:40 22.04.2014
1610

eni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvüSeymur OrucovYAP-ın rəsmi saytına müsahibəsində deyib.O bildirib ki, bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.“Respublikada dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib” – S.Orucov diqqətə çatdırıb.Hazırda respublikamızın bütün guşələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm tədbirlər keçirildiyini deyən təşkilat sədri, YAP Gənclər Birliyinin də bu əlamətdar gün ilə bağlı layihələrə start verdiyini bildirib.Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.“Ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir.Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir. Onu da bilirsiniz ki, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir” - deyə o qeyd edib.S.Orucov deyib ki, YAP Gənclər Birliyinin üzvləri ictimai-siyasi proseslərdə fəaldır, bütün seçkilərdə aktiv iştirak edir.“Bu mənada, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP Gənclər Birliyi fəal iştirak etməyi nəzərdə tutur” - S.Orucov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR