Seymur Orucov şəhərdaxili küçələri gəzərək görüləcək işlərlə bağlı tapşırıqlarını verdi - FOTOLAR

Seymur Orucov şəhərdaxili küçələri gəzərək görüləcək işlərlə bağlı tapşırıqlarını verdi - FOTOLAR
SOSİAL
10:48 18.08.2024
172
Ağstafa RİH başçısı Seymur Orucov aidiyyəti üzrə məsul şəxslərlə birlikdə son zaman Ağstafa şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri ilə yerində tanış olub.
 
AZXEBER.COM xəbər verir ki, eyni zamanda, şəhərdaxili yolları və küçələri gəzərək görülməsi vacib işlərlə bağlı məsul şəxslərə konkret tapşırıq və müvafiq tövsiyələrini verib.
 
Görülən işlərə dair söhbət aparılan sakinlər, ümumilikdə Ağstafa rayonunun inkişafı, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə icra olunan abadlıq-quruculuq tədbirlərinin yüksək dövlət qayğısı olduğunu vurğulayaraq ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR