Seymur Orucov: 'Xədicə İsmayıl Azərbaycan əleyhinə nə gəldi etməyə hazır olan bir şəxsdir'
14:45 29.01.2013
1687
Seymur Orucov: “Xədicə İsmayılova nə peşəkar jurnalistdir, nə də peşəkar siyasətçi”“Qeyri-qanuni əməllərə, icazəsiz aksiyalara kəskin etiraz edirəm. Gənclərdən istifadə etmək istəyənlərin hamısına qarşı münasibətim də mənfidir”.Bu barədə “Kaspi”yə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) sədri Seymur Orucov bildirib. O, yanvarın 26-da keçirilən icazəsiz aksiyanı Azərbaycanı qəbul etməyən qüvvələrin seçki qabağı “aktivliyi” kimi qiymətləndirib: “Ənənəvi olaraq, bir qrup müxalifət üzvü icazəsiz aksiya keçirməyə cəhd etdi və onların bu istəyinin qarşısı polis tərəfindən alındı. Reallıqda bu aksiyaları həyata keçirmək üçün bir səbəb də yoxdur. Sadəcə, seçki ili yaxınlaşdıqca Azərbaycanı qəbul etməyən qüvvələr bir qədər “aktivləşiblər”. Bu qüvvələr bəzi müxalifət təmsilçilərinə müəyyən qədər vəsaitlər göndərib və ya maliyyə köməkliyi göstəriblər. Onlar da bunun müqabilində belə işlər həyata keçirirlər. Son aksiyada müşahidə edilənlər də buna sübut kimi qəbul edilə bilər. Belə ki aksiya iştirakçıları bilərəkdən, məqsədli şəkildə tabesizlik nümayiş etdirməklə, polisin onları tutmasını istəyirdilər. Belə hal baş verdikdə isə dərhal şəkillərini çəkdirir və “zorakılığa” məruz qaldıqlarını nümayiş etdirirdilər. Bununla da öz missiyalarını başa çatmış hesab edirdilər. Halbuki aksiya iştirakçılarına polis tərəfindən heç güclü müqavimət də olmurdu. Az qalırdılar ki, özləri polisin rezin dəyənəyini əlindən alıb öz başlarına vursunlar. Sonra da xarici mətbuata məlumat ötürsünlər ki, baxın, biz zorakılığa məruz qalırıq. Həqiqətən bu, çox üzücü haldır. Biz istəyərdik ki, o aksiyada iştirak edən azsaylı gənclər belə işlərdən uzaq olsunlar. Onların hər biri bizim gələcəyimizdir. Gələcəkdə ailələri olacaq. Bu cür işlərdən, dövlətini, millətini sevməyən qüvvələrin maşaları olmaqdan çəkinsinlər”.S.Orucov bəzi jurnalistlərin aksiyada peşəsindən kənar, məqsədli işlərlə məşğul olduğunu da dilə gətirib. Deyib ki, Xədicə İsmayılova və onun kimi bəzi mətbuat işçiləri Azərbaycan əleyhinə nə gəldi etməyə hazır olan şəxslərdir: