Seysmoloji Mərkəz: Vulkan püskürməsi üç fazada qeydə alınıb

Seysmoloji Mərkəz: Vulkan püskürməsi üç fazada qeydə alınıb
SOSİAL
14:22 11.10.2025
273
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu gün Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə barədə məlumat yayıb.

RSXM-dən AZXEBER.COM-a verilən məlumata görə, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib. İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
 
Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib. Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.

Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR