Şeyx öldürüldü

MARAQLI
11:17 28.10.2011
1760
Rusiyanın Dağıstan Respublikasında tanınmış din xadimi qətlə yetirilib. "Siracuddin Xurikskiy" kimi tanınan Siracuddin İsrafilov Tabasaran rayonunun Xurik kəndində öz evinin önündə güllələnib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edənlərin 2 nəfər olduğu və əraziyə meşə massivindən gəldikləri ehtimal edilir.
57 yaşlı şeyx Siracuddin Dağıstanın ən mötəbər din xadimlərindən biri idi. Onun şagirdlərinin sayının 8000-ə çatdığı bildirilir.

OXŞAR XƏBƏRLƏR