Şeyx ordumuz üçün dua etdi

Şeyx ordumuz üçün dua etdi
SOSİAL
10:42 06.04.2016
1987

Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə din xadimləri ilə iclas keçirilib.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, QMİ sədri son günlər cəbhə xəttində baş verən hadisələr zamanı şəhid olmuş həmvətənlərimizin ruhları üçün Allahdan rəhmət diləyib. O bildirib ki, bu günlər Azərbaycanın bütün məscidlərində şəhidlərimizin əziz xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir.Ərazilərimizin Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatlar sayəsində işğaldan azad edilməsi hadisəsinin, dövlət başçısının xalqımızı bu münasibətlə təbrik etməsinin olduqca böyük önəm kəsb etdiyini bildirən Şeyxülislam A. Paşazadə xalqımızın bu mənəvi əhəmiyyət kəsb edən hadisədən qürur və şərəf duymalı olduğunu xüsusi vurğulayıb, dindarları haqq işimizin qələbəsi üçün dualar etməyə çağırıb. Ali Baş Komandanın cəbhədəki erməni təxribatı ilə bağlı qətiyyətli mövqeyini din xadimlərinin birmənalı şəkildə dəstəklədiklərini bildirən QMİ sədri həmin fikirlərin məscidlərdə, dini tədbirlərdə təbliğ olunmasının vacibliyini bildirib.Şəhidlərimizin layiqli şəkildə dəfni və dini vacibatlarının yerinə yetirilməsi ilə bağlı QMİ-nin nəzdində aprel ayının 2-dən etibarən xüsusi komissiya-qərargahın yaradılması ilə bağlı məlumat verən Şeyxülislam A.Paşazadə paytaxtda və bölgələrdəki məscidlərə, bilavasitə qazılara, axundlara qəhrəman şəhid övladlarımızın şəninə uyğun şəkildə şəri məqamların yerinə yetirilməsi ilə bağlı bütün məsələlərin həll olunması, şəhidlərin ailələri ilə bərabər əzadarlıq və dəfn mərasimlərində iştirak etmələri tapşırılıb. İdarə rəsmiləri və yerlərdəki səlahiyyətli nümayəndələr bu işə nəzarəti həyata keçirəcəklər.Xüsusən, Vətən övladlarının qəhrəmanlığı və doğma torpaq uğrunda, haqq işimiz yolunda canlarından keçməyə hər zaman hazır olan gənclərimizin Uca Allah və dövlət qarşısında insani və vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetirmələrinin şərəfi, dinimizin şəhidlərə verdiyi dəyər barədə moizələrin edilməsi barədə tövsiyələr verildi. Din xadimlərinə hər günkü moizələrində, ələlxüsus, cümə günü oxunacaq xütbələrdə bu məqamların öz yerini alması tapşırığı verildi.“Uca Allah xalqımızı və dövlətimizi hifz etsin, müzəffər qərar versin! Amin!” – deyə QMİ mətbuat xidmətinin bəyanatında vurğulanır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
13:30 22.07.2026
İran: ABŞ-ın “çirkli əli” ölkəyə çatsa, bütün gücümüzlə savaşacağıq
Mehdiabadda kişini başından vurub öldürdülər
13:28 22.07.2026
Mehdiabadda kişini başından vurub öldürdülər
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?