Şeyx şəhid generalın qohumları ilə görüşdü - Fotolar

Şeyx şəhid generalın qohumları ilə görüşdü - Fotolar
SOSİAL
17:36 30.07.2020
773

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimovun doğulduğu Qəbələ rayonunun Vəndam kəndində olub.

AZXEBER.COM xəbər verir ki, şəhidin ata ocağını ziyarət edən A. Paşazadə Polad Həşimovun xatirəsini anmaq üçün məhz bu günü — Qurban bayramının Ərəfə gününü seçdiyini vurğulayıb. 

 

Şeyxülislam Həşimovun atası və övladlarına başsağlığı verib, II Fəxri Xiyabanda hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğunu bildirib. 





OXŞAR XƏBƏRLƏR