Şeyx Xamneyi ilə görüşdü

Şeyx Xamneyi ilə görüşdü
SİYASƏT
00:31 20.05.2013
2829

Azərbaycan nümayəndə heyəti İranın Ali Dini rəhbəri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkənin Ali Dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin hərtərəfli inkişaf etdiyi bildirilib.

A. Paşazadə Azərbaycanda bütün dinlərin nümayəndələrinə azad ibadət imkanı yaradıldığını, yeni məscidlər tikildiyini, tarixi məscidlərin, ziyarətgahların təmir edildiyini bildirib. Şeyx bir neçə gün əvvəl prezident İlham Əliyevin iştirakı ilə Şamaxıda böyük məscid-kompleksinin açıldığını, bundan əvvəl isə Sumqayıt və Qəbələdə məscidlərin açılışı olduğunu xatırladıb.

Prezident İlham Əliyevə salamlarını çatdırılmasını xahiş edən Seyid Əli Xamneyi Azərbaycanda aparılan quruculuq işlərindən və inkişafdan xəbərdar olduğunu da bildirib. İranın dini lideri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və hörmətlə yanaşdığını bir daha qeyd edib. Görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da Azərbaycan-İran münasibətlərinin inkişafının əhəmiyyəti barədə danışıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan-İran Parlamentlərarası dostluq qrupunun üzvlərinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb