"Şeyxə görə məni niyə narahat edirsiz?" - Paşazadədən sərt açıqlama

"Şeyxə görə məni niyə narahat edirsiz?" - Paşazadədən sərt açıqlama
SOSİAL
14:13 30.03.2025
900
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin səhhətində problem yaranıb. Onun onurğa sütununda problemlərin olduğu, yeriyə bilmədiyi qeyd edilib. Şeyx bu gün bayram namazına da qatılmayıb.

AZXEBER.COM xəbər verir ki, Manset.az Şeyxin səhhəti ilə bağlı onun qardaşı Milli Məclisinin deputatı Cavanşir Paşazadə ilə əlaqə saxlayıb. 

C. Paşazadə Manset.az-a sərt açıqlama verərək, bayram günündə Şeyxlə bağlı xəbərə görə onun niyə narahat edildiyini bildirib. 

"Mənim bayramımı təbrik etmək üçün zəng vurmusunuz, yoxsa, məni əsəbləşdirmək üçün? Bayram günündə niyə zəng edib, mənə belə suallar verirsiniz? Gedin işinizlə məşğul olun!"-deyə Cavanşir Paşazadə bildirib. 


OXŞAR XƏBƏRLƏR