Şeyxülislam: "Xahiş etdim ki, məscid üçün bizə yer ayrılsın"

Şeyxülislam: "Xahiş etdim ki, məscid üçün bizə yer ayrılsın"
SİYASƏT
23:04 30.01.2019
7703
Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşə Moskvanın Otradnoye rayonunda yerləşən "İnam” məscidinin bağlanması ilə əlaqədar narazılıq edən dindarlar da qatılıblar. 

ƏTRAFLI
NAR.AZ

Azərbaycanın Moskvadakı səfirliyində keçirilən görüşü səfir Polad Bülbüloğlu açaraq bildirib ki, Rusiyada da Azərbaycanda din dövlətdən ayrıdır. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu ölkənin vətəndaşlarıdır və Otradnoye rayonundakı "İnam” məscidinin bağlanması məsələsini, əslində, Rusiya dövləti həll etməlidir. "Düşünürəm ki, Azərbaycan dövlətinin, Qafqaz Müsəlmanları İdarəsinin, səfirliyin bu problemə diqqəti məsələnin həllinə kömək edəcək”, - deyə diplomat bildirib. 

Allahşükür Paşazadə görüşdə çıxış edərək bildirib ki, müstəqilliyini bərpa etməmişdən əvvəl Azərbaycanda cəmi 17 məscid var idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yeni ibadətgahlar tikildi və bu gün ölkəmizdə2 mindən çox məscid fəaliyyət göstərir. "Mən bir şeyxülislam kimi istərdim ki, Moskvada da azərbaycanlıların ibadətlərini yerinə yetirmələri üçün bir neçə məscid olsun. İndi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqəti və dəstəyi sayəsində bizim başqa ölkələrdə də Azərbaycan məscidləri açmaq, ibadətgahlarımızı bərpa etmək imkanımız var”, - deyə o bildirib. 

"İnam” məscidin bağlanmasından xəbərdar olduğunu deyən şeyxülislam qeyd edib ki, Patriarx Kirill ilə görüşdə də bu məsələni qaldırıb: "Xahiş etdim ki, Azərbaycan məscidinin inşa edilməsi üçün bizə yer ayrılsın. Bundan əlavə, mən Moskvanın meri Sergey Sobyaninə də bu məsələ ilə bağlı məktub göndərmişəm”. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri ümidvar olduğunu bildirib ki, Moskvada Azərbaycan məscidinin açılması məsələsi Rusiya qanunları çərçivəsində həllini tapacaq. 

Moskvada fəaliyyət göstərən "Əhli-beyt” İslam Cəmiyyətinin sədri Nizami Baloğlanov bu şəhərdə yaşayan azərbaycanlı dindarların dövlətimizin başçısına ünvanladıqları məktubu şeyxülislama təqdim edib. (AzərTAc) 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
19:29 31.07.2025
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
19:14 31.07.2025
"Qalatasaray" Edersonun transferini yekunlaşdırır - Detallar açıqlandı
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu