Mübariz Qurbanlı: "İmamlar QMİ-nin fətvasına qarşı çıxırsa, kimin dediyini edir?!"

Mübariz Qurbanlı: "İmamlar QMİ-nin fətvasına qarşı çıxırsa, kimin dediyini edir?!"
SOSİAL
12:40 10.05.2023
128
"Ramazan bayramı ilə əlaqədar müsəlman dövlətlərindən bəzisi 5 gün, bəziləri 7 gün tətil edir. İmamlar QMİ-nin fətvasına qarşı çıxırsa, kimin dediyini edir?!"

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu il Ramazan bayramı ərəfəsində bayram namazının qılınması ilə bağlı yaşanmış anlaşılmazlığa münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanda ənənəvi bayramlarda müvafiq tətil günləri verilir:

"Ölkədə Ramazan və Qurban bayramı Novruz bayramı ilə müqayisədə daha az, yəni 2 gün olur. Bu, o demək deyil ki, məsciddə keçiriləcək tədbir başqa günləri əhatə etməlidir. Biz ölkənin dini qurumunun çıxardığı fətvasını əsas götürməliyik.

Şeyxülislam özü gedir həmin gün bayram namazı qıldırır. Əgər hansısa imam öz ölkəsinin dini qurumunun fətvası yerinə yetirmirsə, düz edir? Ona sual vermək lazımdır görək o kimin fətvasını yerinə yetirir? Hər bir ölkənin öz dini qurumu, bizdə də QMİ və Qazilər Şurası mövcud vəziyyəti qiymətləndirib fətva verir. QMİ-nin fətvası dini etiqad azadlığına zidd olmur. O, dinlə əlaqədar tələblərə uyğun fətva verir. Bu şəriət qaydalarını əhatə edir. Əgər QMİ-nin tərkibində olan qurum buna əməl etməsə ziddiyyət yaranmazmı?! Dövlət heç vaxt məsciddə, kilsədə ayinlərin necə idarə edilməsinə müdaxilə etmir. İstənilən dinin rəhbər qurumu var və onların qərarına əməl etməlidir.

Belə hallarda imamlara sual verilməlidir ki, öz mənsub olduğu, şəriətlə bağlı əlaqəli olduğunu şeyxülislamın fətvasını yerinə yetirmirsə, kimin fətvasını yerinə yetirir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ-nin fətvasına müdaxilə etmir. Qərardan dolayı məscidlərdə proseslərin gedişatına nəzarət edir".

M.Qurbanlı onu da qeyd edib ki, islam dünyası bütövdür və dünya əhalisinin 25 %-i təşkil edir:

"İslam coğrafiyası 57 ölkəni birləşdirir. Amma ölkələrin dövlət daxili münasibətlərində fərq var. 57 ölkənin 28-də konstitusiyada islam dininə aid olma qeyd edilib. Dünyanın 100-ə yaxın ölkəsində dini mənsubiyyət qanunvericilikdə qeyd edilib. Dünyada 200-dən çox ölkə var. Yəni bu məqamlarda fərqlilik ola bilər. Biz dünyəvi dövlətin və islam dünyasının bir parçasıyıq. İslam dünyasına aid olan qaydalar, ənənələr xalqımıza da aiddir. Xalqımızın 96 %-i müsəlmandır. Ölkədə 37 qeyri-müsəlman dini icma fəaliyyət göstərir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”