Sezen Aksu 'Sarı Gəlin'lə bağlı qalmaqala aydınlıq gətirdi
MAQAZİN
17:16 18.03.2012
4578
Tanınmış Türkiyə müğənnisi Sezen Aksu “Sarı gəlin” mahnısını erməni dilində ifa etməyi planlaşdırmır. AZXEBER.COM-un məlumatına görə, bu barədə ANS TV-yə müğənninin prodüsseri məlumat verib.Onun sözlərinə görə, Sezen Aksu “Sarı gəlin” mahnısını 2002-ci ildə erməni dilində oxuyub və həmin zaman da bu parça Azərbaycan xalq mahnısı kimi təqdim olunub.Müğənninin prodüseri Onur Selçuk bildirib ki, heç kim internetdən oxuduqlarına inanmasın: “Bu məsələ ilə bağlı hər hansı bir açıqlama olmayıb. Düşünürəm ki, sadəcə bir yalnış xəbərin internetdə dolaşaraq çoxalması istiqamətində yalnış anlaşılma olub”.