Sezen Aksunun adından Azərbaycan müxalifətiylə bağlı yanlış məlumat yayıldı - FOTO FAKT

MAQAZİN
16:30 29.08.2013
2465
"İnstagram"da tanınmış türk müğənnisi Sezen Aksunun adından təxribatçı məlumat paylaşılıb.
AZXEBER.COM-un məlumatına görə, müğənninin adından profil açan şəxs Azərbaycan müxalifətinə dəstək verib. 
Yazıda qeyd olunur ki, Azərbaycanda da "Gezi parkı" hadisələri təkrarlanır və müğənni hər kəsi müxalifətə dəstəyə çağırır. 
Maraqlıdır ki. bəzi saytlar bu xəbəri Sezen Aksunun adından veriblər və qeyd ediblər ki. bu müğənninin şəxsi profilidir.
Ancaq AZXEBER.COM-un kiçik araşdırması nəticəsində məlum olub ki. Sezen Aksunun "instagram"da ümumiyyətlə profili yoxdur və onun adından yayılan məlumat yalançı (feyk) profilə məxsusdur. Müğənni özü də Türkiyə mətbuatına açıqlamasında deyib ki, "instagram"da yoxdur. 
AZXEBER.COM profilin saxta olduğunu sübut edən fotoları təqdim edir. "Sezen Aksu" profilinin cəmi 143 izləyicisi olduğu və "oficial" sözünün səhv yazılması da bir daha sübut edir ki, bu profil saxtadır. Faktiki olaraq dünya şöhərtli müğənninin cəmi 143 izləyicisinin olması mümkünsüzdür.

OXŞAR XƏBƏRLƏR