"Söhbət ölümdən düşdü, dedi ki, ona baxarsan” - Oğlu Hacı Şahinlə son görüşündən danışdı

"Söhbət ölümdən düşdü, dedi ki, ona baxarsan” - Oğlu Hacı Şahinlə son görüşündən danışdı
SOSİAL
18:00 03.03.2024
190
"Xəstəxanada olan zaman mənə yazmışdı, çox nigaran olmuşdum. Dedi ki, narahat olma, indi gəlirəm, danışarıq. Gözlədim, gələn zaman onu bərk qucaqladım. Hacıya çox bağlı olmuşam”.

Bu sözləri mərhum din xadimi Hacı Şahin Həsənlinin oğlu Hüseyn Həsənli ilahiyyatçı haqda çəkilən bədii-sənədli filmdə çıxış edərkən deyib.

Ekran işində atasından danışan Hüseyn söyləyib ki, ümumiyyətlə, onun başına cüzi bir şey gələn zaman çox narahat olub:

"Dedi ki, narahat olma, məndə belə ağrılar keçmişdə də olub – insanlar arasında bilinən "ijoqa”, yəni mədə ağrısı – elə hesab edirdi ki, mədə ağrısı var. Həmin gecə Hacı ilə çox söhbət elədik. Allahla bağlı suallar verirdim ona. Bir neçə mövzu haqqında danışdıq. Necəsə oldu, ölüm mövzusu açıldı. Dedi ki, mənim üçün ölüm çox rahatdır, bir az Səccada (kiçik oğlu) görə narahat olaram. Mən dərhal bildirmək istədim ki, özüm üçün ağır olar. Dedi ki, bilirəm, amma sizi bir qədər böyütmüşəm, yaşınız var, o isə körpədir. Bir az baxdı, sonra dedi ki, ona da sən baxarsan. Həmin zamanda necəsə oldu söhbətimiz yekunlaşdı. Mətbəxdə görüşdük, mənə dedi ki, dua elə, bu ağrım keçsin, oruc tutmaq istəyirəm. Dərhal dedim ki, qurban olum, bəlkə, bu ağrı ilə oruc tutmayasan. Dedi ki, yox, ağrı olsa, tutmayacağam, sən hər halda dua elə. Son görüşümüz yenə mətbəxdə oldu, sübh namazına 10-15 dəqiqə qalmışdı. Gəldi məni çox öpdü, qucaqladı və dedi ki, çox-çox ağıllısan, maşallah. Mən də onu bərk qucaqladım və bu da bizim Hacı ilə son görüşümüz idi”.

Xatırladaq ki, mərhum ilahiyyatçı Hacı Şahin Həsənli ötən il mart ayının 2-də ürəktutmadan vəfat edib.

Rejissor Elçin Ağazadə onun həyatından bəhs edən sənədli film ərsəyə gətirib. Film din xadiminin vəfatının ildönümündə ictimaiyyətə təqdim olunub./Ölkə.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər