"Azərbaycan kinosunu bir simada cəmləmək mümkün olsaydı, mənim üçün bu, Rasim Balayev olardı”.
Bunu AZXEBER.COM-a xalq şairi Ramiz Rövşən xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı danışarkən deyib.
"23 yaşından etibarən böyük şöhrət qazandı. Rasim şöhrətin onu zərrə qədər dəyişmədiyi insanlardan idi. Dostlara və ailəyə münasibətində hər zaman eyni qalıb. Rasim əsl Azərbaycan kişisi idi. Onu sındırmaq mümkün deyildi. Çox mərd yaşadı. Sonuncu dəfə vəfatından əvvəl danışmışıqdıq, zarafatlaşmışdıq. Yumor hissi çox güclü insan idi”.










































