Çin Prezidenti Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-a səfər edəcək.
"Politico”nun məlumatına görə, Si Cinpin sentyabrın 24-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Görüş zamanı ticarət münasibətləri, Tayvan məsələsi, süni intellekt, İran və Hörmüz boğazında yaranmış vəziyyətin müzakirə olunacağı gözlənilir.
Məlumata əsasən, Si Cinpin BMT Baş Assambleyasının iclasını da buraxacaq.
Qeyd edək ki, Donald Tramp may ayında Çinə dövlət səfəri çərçivəsində Pekində olub. Həmin səfərdə "Tesla” və "SpaceX” şirkətlərinin rəhbəri İlon Mask, "Apple” şirkətinin baş direktoru Tim Kuk və "Nvidia” rəhbəri də daxil olmaqla, ABŞ-ın bir sıra iri şirkətlərinin nümayəndələri iştirak edib.