Si Cinpin ticarət sazişi üçün Donald Trampa xüsusi şərtini çatdırıb

Si Cinpin ticarət sazişi üçün Donald Trampa xüsusi şərtini çatdırıb
DÜNYA
13:47 28.09.2025
153
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampa iki ölkə arasında ticarət sazişinin imzalanması üçün xüsusi şərt olduğunu bildirib.
 
Bu barədə "The Wall Street Journal” ABŞ hakimiyyətindəki mənbələrə istinadən xəbər yayıb.

Qeyd edilib ki, Si Cinpin Donald Trampdan Tayvanın müstəqilliyinə qarşı olması barədə rəsmi bəyanat verməsini istəyir. Çin lideri ABŞ-la ticarət razılaşması üzrə danışıqları Donald Trampa təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırır.

"Si Cinpin çalışır ki, Donald Tramp rəsmi şəkildə bəyan etsin ki, ABŞ Tayvanın müstəqilliyinin əleyhinədir”, – deyə mənbə əlavə edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR