Siam əkizləri Ayşə və Səma Tanrıkulu Kahramanmaraşda ümrə üçün müqəddəs torpağa yola salınıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraş Sərgi Mərkəzində Kahramanmaraş İl Müftiliyi kitabxanasında çalışan Siyam əkizləri və ümrəyə namizəd olan çox sayda vətəndaş üçün vida mərasimi təşkil edildi.
İlk dəfə müqəddəs torpağa yola salınan siam əkizlərinin xoşbəxtliyi gözlərindən oxunub.
Ümrəyə yola düşən siam əkizləri həyəcanlə və xoşbəxt olduqlarını bildiriblər: "Çox xoşbəxtik, əlhəmdulillah. Qəlbimizdə sevinc və həyəcan var. Ümid edirəm ki, ora çatacağıq, hisslər qiymətsizdir, təhlükəsiz qalın”.
Günel