Türkiyənin mavi gözlü müğənnisi Sibel Canın yeni albomu üçün 1 milyon Türk lirəsi təklif edildiyi barədə iddialara qəribə açıqlamalar verilib.
AZXEBER.COM-un məlumatına görə, bu qəribə açıqlamaları musiqi sektorunun güclü isimlərindən biri, “Emre Plak”-ın sahibi Hüseyn Emre səsləndirib. “Hal-hazırda Türkiyədə 1 milyon lirə ala biləcək sənətçi yoxdur. Tarkandan başqa heç kim pul qazandıra bilmir”. Qeyd edək ki, S.Canın “Emre Plak”-la müqaviləsi bitəndən sonra, ona “Poll Production” tərəfindən 1 milyon türk lirəsi təklif edilməsi barədə söz-söhbətlər səs-küyə səbəb olub. “Sibel Canın haqqı 300-400 mindir. O, ancaq bu qədər ala bilər. Onun 1 milyon alması inandırıcı deyil. Heç kim yuxu görməsin”- deyə, H. Emre bildirib.