Sibel Can Bakıdakı konsertə görə nə qədər pul alıb? – Dəqiq rəqəm

MAQAZİN
00:58 08.11.2015
13912

Xəbər verdiyimi kimi , ötən gün Bakıda yeni fəaliyyətə başlayan restoranların birinin açılış mərasimində Türkiyənin tanınmış müğənnisi Sibel Can da iştirak edib.

AZXEBER.COM xəbər verir ki, qardaş ölkədən öz ansamblı ilə gələn müğənni konsert üçün restoran rəhbərliyindən nə az, nə çox düz 125 min dollar alıb. Müğənninin yaxın çevrəsindən aldığımız məlumata görə Sibel Can bu qiymətə ilk başdan razı olmasa da, danışıqlardan sonra tərəflər razılığa gələ biliblər.

Qeyd edək ki, bundan öncə də Türkiyənin məşhur müğənniləri Bakıya böyük konsert proqramlarına yox, müxtəlif açılışlara və toy mərasimlərinə görə iş adamları tərəfindən dəvətlər alıblar.

OXŞAR XƏBƏRLƏR