Sibel Can bu gün Şamaxıya gəlir

MAQAZİN
10:28 30.05.2014
1783
Türkiyəli tanınmış müğənni Sibel Can Azərbaycana gələcək. AZXEBER.COM məlumatına görə, məşhur türkiyəli sənətçi Sibel Can bu gün Azərbaycana gələcək. O, mayın 30-da Şamaxıdakı yeni hotellərdən birinin açılış mərasimində iştirak edəcək. Müğənni bu haqda sosial şəbəkədə paylaşdığı şəkil və qeyddə bildirib. Ən maraqlısı isə odur ki, o bu qeydi Azərbaycan dilində yazıb. "Bütün musiqi sevərləri gözləyirəm", - deyə 44 yaşlı müğənni paylaşdığı şəkildə qeyd edib. Açılış mərasimində Sibel Canla yanaşı, türkiyəli ifaçı Dilek Şimşek və Azərbaycanın məşhur müğənnisi Röya Ayxan da iştirak edəcək.
OXŞAR XƏBƏRLƏR